Qubada yol qəzası baş verib, xəsarət alan var
Quba rayonunda yol qəzası baş verib.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qonaqkənd avtomobil yolunun rayonun Qam-qam kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı, 38-BC-973 dövlət qeydiyyatı nişanlı avtomobil hərəkətdə olarkən qarşısına çıxan piyadanı vurmaqdan yayınmaq üçün yolun qarşı tərəfinə keçib və "VAZ-21015" markalı minik maşını ilə toqquşub. Nəticədə "VAZ-21015" markalı avtomobildə olan, hələlik adı məlum olmayan qadın sərnişin yaralanıb. O, ağır vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.