Xaçmazda 32 yaşlı kişi intihar edib
Xaçmaz rayonunda 32 yaşlı kişi intihar edib.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yataqoba kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1986-cı il təvəllüdlü Habil Əzizağa oğlu Əliyev özünü qardaşının yeni tikdirdiyi evinin həyətindəki şaftalı ağacından asıb.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.