“Hakimiyyət xalqın qəzəbindən, insanların etirazından qorxur”

Gənc Demokratlar Hərəkatı hesab edir ki,  bölgələrdə fəallara qarşı təqib və təzyiqlərin güclənməsi də bu qorxunun nəticəsidir

Gənc Demokratlar Hərəkatı  AXCP Sabirabad rayon şöbəsindən Ali Məclisin üzvü  Sahib Rüstəmlinin oğlu Rail Rüstəmovun saxta ittihamla həbsilə əlaqədar etiraz bəyanatı yayıb. Bəyanatda bildirilir ki, uzun müddətdir ki, siyasi baxışlarına görə Sahib Rüstəmliyə qarşı təzyiqlər, yerli hüquq-mühafizə orqanları tərəfindən təqib olunması və nəhayət, övladı Rail Rüstəmovun qondarma ittihamla həbs olunması Azərbaycan hökümətinin  gərçək mahiyyətini ortaya qoyur.

Xatırladaq ki, Rail Rüstəmov fevralın 16-da Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. AXCP funksionerinin oğlu polisə müqavimət ittihamı ilə məhkəmə qarşısına çıxarılıb və ona 20 sutka inzibati həbs cəzası verilib.  Sahib Rüstəmli özü də rayon polis şəbəsinə çağırılıb və orada hədələnib. Ondan "facebook”da tənqidlərə son qoymaq, fəallıq etməmək tələb olunub. Bütün bunlarla yanaşı, həm Sahib Rüstəmlinin, həm də oğlu Rail Rüstəmovun avtomobilləri cərimə meydançasına aparılıb.

"Azərbaycanda vicdan məhbuslarının  sayının  artması,  ictimai-siyasi fəallara qarşı xüsusən bölgələrdə rayon rəhbərliyinin təzyiq və təqiblərinin güclənməsi hakimiyyətin xalqın qəzəbindən, insanların etirazlarından qorxmasının göstəricisidir”, – deyə bəyanatda vurğulanır.

Gənc Demokratlar Hərəkatı hesab edir ki, hakimiyyət  ictima-siyasi fəallara qarşı aqressiv davranmaqla, onları saxta ittihamlarla həbs etdirməklə insanların etirazlarının, demokratiya istəklərinin qarşısını ala bilməyəcək: "Hesab edirik ki, hakimiyyət bu təzyiq metodlarından əl çəkməli, siyasi məhbusların azadlığa buraxılması, demokratik və açıq cəmiyyətin formalaşması, sağlam mühitin yaradılması üçün sürətli addımlar atmaldır”.

Rail Rustemov
                      RAİL RÜSTƏMOV
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300