Mingəçevirdə gənc oğlan qolunu kəsərək özünə qəsd edib

 

Mingəçevir şəhərində intihara cəhd hadisəsi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında Sənaye parkının yaxınlığından keçən küçədə olub.

2001-ci il təvəllüdlü Xaçmaz rayon sakini Samir Yaqub oğlu Quliyev qolunu iti alətlə kəsərək özünə ciddi xəsarət yetirib.O, qolunun damar nahiyəsini ağır yaralayıb. Yaralı şəhər mərkəzindən xəstəxanaya aparılıb və dərhal əməliyyat olunub.

Hadisənin hansı səbəbdən baş verdiyi - münaqişə yaxud intihara cəhd məqsədli olduğu hələ ki, tam məlum deyil. Yaralı gənc ilkin ifadəsində bunun təsadüfi hadisə olduğunu bildirib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Quba sakini özünü Samur-Abşeron kanalına ataraq intihar edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300