Rəhman Cəfərli ilə müsahibə.

Rəhman Cəfərli ilə müsahibə

Salam Rəhman bəy.

- Salam.

Necəsiniz?

- Şükür yaxşıyam təşəkkür edirəm.

Rəhman bəy sizə doktor deyə müraciət edə bilərikmi?

Çünki artıq tibb universitetində oxuduğunuz üçün bu statusu qazandınız.

- Xeyr.Çünki mən hal-hazırda tələbəyəm.Bu adı 6 il oxuyub əziyyət çəkdikdən sonra qazana bilərik yalnız.

Ancaq mən eşitdiyimə görə siz universiteti bitirməsənizdə az da olsa təcrübəniz var.Və mən buna görədə çox istərəmki sizə doktor deyə müraciət edim.

- Buyurun necə istəyirsinizsə müraciət edin. (Gülür..)

Aha lap yaxşı dr.Rəhman.Suallara keçə bilərikmi?

- Əlbəttə.Əslində sualların nə tərzdə olduğunu bilmədiyim üçün biraz həyəcanlıyam.

Suallarımız təhsiliniz,ailəniz və karyeranız ilə əlaqədardır.

İlk öncə bilmək istərdim hansı universitetdə təhsil alırsınız?

- Mən Gürcistan Respublikasında fəaliyyət göstərən "European University”-də təhsil alıram.

O zaman keçək suallara:

1-ci sualımız:

Dr.Rəhman kimdir? Özünü 1 cümlə ilə necə ifadə edə bilər?

- Özümü ifadə etməyi xoşlamıram.Hərkəs fərqli düşüncələrə malikdir.və buna görədə mənim necə olmağımı hərkəs fərqli düşünə bilər.

Mənalı cavab idi.2-ci suala keçək.

Rəhman nə üçün həkim olmaq istədi?

Sualımızı daha da dəqiqləşdirim.Yəni nə üçün politoloq Rəhman,Rəhman müəllim yox ,məhz Rəhman həkim?

- (gülür....) Əslində tibb də oxumaq uşaqlıq arzum olub.Liseyə qəbul olduqdan sonra isə daha da dəqiqləşdiki mən tibbdə oxuyacam.

Sualdan kənarlaşmadan 1 sual daha verim.Bu günə kimi kimlər daha çox sizə Rəhman həkim deyə müraciət edib?

- Bəli.Bu il belə hallar çox təkrarlanır.Bu il praktikalara başladım. Təcili Tibbi Yardımsa,Estetik,Plastik və Rekonstruktiv cərrahiyyədə və ağız-üz-çənə cərrahiyyəsində.

- Bu şöbələrdəki xəstələr artıq Rəhman həkim və ya doktor deyə müraciət edir. ( gülür...)

 

3-cü sualım belədir:

Universiteti bitirdikdən sonra hansı ixtisas üzrə çalışmaq istəyirsiniz?

- Allah qismət etsə Ağız-Üz və Çənə cərrahı olmaq istəyirəm.

Yəqin ki çox qidalanırsınız bu orqanları seçdiyiniz üçün belə düşündüm.

- (gülür..) xeyr.Əksinədir.Gün ərzində az qidalanıram.Və qidalarımda isə çörəkdən istifadə etmirəm.

4-cü sualı ünvanlayım:

Eşitdiyimə görə əməliyyatlarda iştirak edirsiniz.Əməliyyatlarda rolunuz nədən ibarətdir?

- Əslində adi bir insan "əməliyyat”sözünü eşidən zaman belə dəhşətə gəlir.

Mən də belə idim.Ancaq özümün gözümdə də biraz problem olduğu üçün əməliyyatlar keçirirəm.Və əməliyyatlar mənə çox maraqlı gəlir.İstər olduğum əməliyyatlar istərsə də etdiyim əməliyyatlar. Estetik,Plastik və Rekonstruktiv cərrahiyyə üzrə "burun”,”göz qapağı” kimi əməliyyatları artıq demək olarki sərbəst edirəm.Tələbə olmağıma baxmayaraq.

Aha çox yaxşı.İstərdik keçmişə qayıdaq biraz.

- Buyurun əlbəttə.Mənə də keçmişimə qayıtmaq çox maraqlı gəlir.

Dr.Rəhmanın uşaqlıq illəri necə keçib?

- Sizə qısaca təsvir edim. (gülür....)

Evin tək uşağı olmuşam.Bəzən tək olduğum üçün sevinmişəm bəzən isə təklikdən darıxmışam.Anam və atam işlədikləri üçün demək olarki uşaqlığımın bütün illərini nənəmlə keçirmişəm.Anam və atamı isə ancaq axşamüstü 6-dan sonra görürdüm.Uşaqlıq illərimdə müəyyən verlişlər hazırlamağı xoşlayırdım.Müəyyən tədbirlər və layihələr keçiridim.

Ən çox isə iynə vurmağı xoşlayırdım.Düzdür insanlara vurmağa qoymurdular.(gülür...).

Ancaq müəyyən məhlulları iynə qabına (şpirist) doldurub almalara və digər meyvələrə vurudum. (gülür...)

Rəhman bəy valideynlərinizin çalışdığını söylədiyiniz.Vəzifələrini bilmək olarmı?

- Atam ali dərəcəli Baytardım.Anam isə Ağdaş Rayon Təhsil Şöbəsinin müdir müavini idi,ancaq qısa zamandır müdiri əvəz edir.

Valideynlərinizə işlərində uğurlar arzu edirik.

- Təşəkkür edirəm !

Məlumatımıza görə subaysınız.Ancaq ciddi münasibətdə olduğunuz şəxs varmı?

- Bəli var.Ancaq bu haqda çox danışmağı xoşlamıram.Çünki düşünürəmki bu məlumatları yalnız mən bilsəm küfayətdir.

Dr.Rəhmanın tibb sahəsində və ya hansısa bir sahədə nəaliyyətləri olubmu?

- Bəli.Orta məktəbdə təhsil aldığım zaman 4 il (2005,2006,2007,2008) İLİN ŞAGİRDİ seçilmişəm.Müəyyən sahələr üzrə 50-dən çox sertifikarlara layiq görülmüşəm.2009-cu ildə isə Ağdaş Özəl Türk Liseyinə daxil olmuşam.Və lisey illlərimdədə beynəlxalq və ölkə üzrə ətraf mühit mövzusunda olmpiadaların qızıl mükafatcısı olmuşam.

Rəhman bəy son olaraq Karyera mövzusunda suallarımızı ünvanlamaq istərdik.

Dr.Rəhman tələbə olmasına baxmayaraq hansısa müəssisələrdə çalışırmı?

- Bəli.Hal-hazırda "Gənclərin Gələcəyinə Dəstək”İctimai Birliyinin sədri,Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin İnformasiyalaşdırılması şöbəsi üzrə Təhsil Könüllüsü,”Rəhman 1997”Məhdud Məsuliyyətli cəmiyyətnin direktoru,E+Academy Xaricdə Təhsil Mərkəzinin direktoruyam.

Ancaq könüllü olaraqda bəzi müəssisələrdə çalışmışam.Məsələn Baku 2015 1-ci Avropa Oyunları zamanı Bakı şəhərində Uniformalar şöbəsi üzrə qrup üzvü və Mingəçevir şəhərində isə həmin şöbə üzrə menecer,Ağdaş Rayon Gənclər və İdman idarəsində gənclərlə iş şöbəsi üzrə könüllü,Gənclərin Töhfəsi İctimai Birliyində könüllü və Yerli İdarəetməyə Yardım ictimai Birliyində könüllü vəzifələrində çalışmışam.

Çox maraqlıdır bu işlər üçün vaxtınızı necə nizamlayırsınız?

- Vəzifələrim haqda kimlə söhbət etsəm vaxtımı nizamlamaq barədə sualı ünvanlayırlar. (gülür...)

Əslində maraq böyük bir hissdir.Yəni insanda maraq və ya həvəs hissi olmasa heç bir işi yerinə yetirə bilməz.Söylədiyimiz sahələr üzrə vəzifələrimə həddindən çox marağım var.Və bu səbəbdəndə işlərimi çox sevirəm.Çalışıram ki vaxtlarımı elə nizamlayım ki,bütün işlərimə vaxt çatsın.

Rəhman bəy artıq yekunlaşdırmaq üzrəyik.Bu müsahibəmizi 10larla dostlarınız və ya tanımadığınız insanlar oxuyacaq.Son olaraq onlara nə söyləmək istərdiniz?

- Mənim 3 sözüm var.

 

- 1-ci sözüm şagirdlərədir:

Əziz şagirdlər çalışın ixtisas seçərkən ailəniz deyil,özünüzün düşüncənizə və istəyinizə üstünlük verin.Unutmayın gələcək də karyera qurduğunuz zaman ixtisasınız üzrə vəzifədə siz çalışacaqsınız.

 

- 2-ci sözüm tibb tələbələrinədir:

Əziz tibb tələbələri çalışın tələbəlik zamanı ən çox praktikaya üstünlük verəsiniz.Çünki Ali təhsil müəssisəsini bitirdiyiniz zaman təhsilinizin ən çox yadda qalan hissəsi praktikalarınız olacaq.

 

- 3-cü sözüm isə bəzi həkimlərədir:

Əziz həkimlər çalışın sizə müraciət edən xəstələrə maddiyyatını görə yox!,sizə inamına görə,insanlığına görə hörmət edin və köməklik göstərin.Çünki hər bir xəstə bir ümidlə həkimə müraciət edir.Hansı sahədən olmasından asılı olmayaraq.İstər kardioloji problemi olan xəstə olsun,istər stomatoloji problmei olan xəstə olsun istərsə də digər xəstələr.

Təşəkkür edirik Rəhman bəy.Müsahibəmiz necə keçdi?

- Həqiqətən çox maraqlı keçdi.Çox mənalı və maraqlı suallar ünvanladınız.Minnətdaram ! Mən sizə təşəkkür edirəm.

 

Rəhman Cəfərli ilə müsahibə


Rəhman Cəfərli ilə müsahibə

 

Rəhman Cəfərli ilə müsahibə

 

 

Nigar Nəcəfli - Azxag.com


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300