Məşhur prodüser vəfat etdi
Hon Konqdan olan məşhur prodüser Raymond Çou 91 yaşında vəfat edib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, daha əvvəl jurnalistika ilə məşğul olmuş Çou 2007-ci ildə təqaüdə çıxıb və bu müddətə qədər 600-dən çox filmə prodüserlik edib.
Qeyd edək ki, Çou dünya şöhrətlik aktyorlar Brüs Li və Ceki Çanın məşhurlaşmasında əhəmiyyətli rol oynaıb.