Həmid Herisçi polisə aparıldı
 
17 saylı Yasamal Seçki Dairəsindən deputatlığa namizəd İlhamiyyə Rzayevanın vəkili və müşahidəçisi Həmid Herisçi polisə aparılıb. Bu haqda namizədin seçki qərargahından musavat.com-a bildirilib. H.Herisçinin Yasamal Polis İdarəsinin 26-cı bölməsinə aparıldığı deyilir. Qərargahdan bildirildiyinə görə, onun saxlanılmasına səbəb seçki saxtakarlığını aşkar etməsi olub. Belə ki, əlil seçicilərdən birinin səs verməsi üçün evinə səyyar seçki qutusu aparılıb. Bu zaman məlum olub ki, bu seçici səs vermək üçün məntəqə seçki komissiyasına müraciət etməyib. Buna etirazını bildiridiyi üçün H.Herisçi polis nəzarətinə götürülüb. 

Xatırladaq ki, H.Herisçi İ.Rzayevanın həyat yoldaşıdır. 



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300