Cavid Qurbanov "TOPAZ”ın səhmlərinin 75 faizindən çox hissəsini aldı —Türkiyə mediasından ARAŞDIRMA

 

Azərbaycanın idman mərc oyunlarının təşkilinə 8 ilə yaxındır ki, investisiya yatıran "Turkcell” şirkəti "Azerinteltek”dəki payını satışa çıxarıb.

Türkiyənin xəbər saytları yazır ki, artıq şirkət öz payını "Baltech Investment LLC”-yə satıb. Hətta, oktyabrın 30-da nüfuzlu haberler.com portalı "Turkcell” şirkətinə istinadən "Azerinteltek”dəki paylarının satışı haqqında açıqlama da verib.

""Turkcell” İnternet Texnologiya İnvestisiya və Məsləhətçilik Ticarət (İnteltek) şirkətində 55 faiz paya malik olub.
"Azerinteltek”də sahib olduğu 51.000 AZN nominal dəyərdəki paylarının hamısını satışını həyata keçirib. Şirkət səhimlərini "Azerinteltek”də yüzdə 24,5 faiz paya malik olan "Baltech Investment LLC”-yə 19 milyon 530 min 177 avroya satıb. Hazırda satış alqı-satqısı ilə bağlı müqavilə üçün danışıqlar gedir, ətraflı ictimayyətə məlumat veriləcək”, – deyə, şirkətdən bildirilib.

Hurriyyet.org-un əldə etdiyi məlumata görə, məlum alqı-satqı anlaşmasınadək "TOPAZ”ın səhmlərinin 51 faizi "Turkcell” şirkətinə, 24,5 "Baltech Investment LLC”-yə, qalan 24,5 faizi isə "Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olub.


"Turkcell” şirkəti öz payını satışa çıxardıqdan sonra çoxlarında belə təsəvvür yarana bilər ki, onsuz da heç nə dəyişmir, "Azerinteltek” QSC-nin əsas payçısı yenə də əcnəbilər olacaq. Əslində isə, heç də göründüyü kimi deyil.

Belə ki, Türkiyədəki mənbələrimizdən Hurriyyet.org-a verilən məlumata görə, xarici şirkət kimi təqdim olunan "Baltech Investment LLC” əslində Azərbaycan məmurlarından birinə məxsusdur.

Mənbə "TOPAZ”ın 51 faizlik səhminə 19,5 milyon avro (təxminən 38 milyon manat) ödəyən bu şirkətin gerçək sahibinin "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatıCavid Qurbanovolduğunu bildirir.Bu isə o deməkdir ki, baş dəmiryolçu "TOPAZ”ın səhmlərinin 75 faizindən də çox hissəsinə sahib çıxmaqla, bir növ Azərbaycanın mərc oyunlarına nəzarəti ələ alıb.


"Turkcell"in Azərbaycanın idman mərc oyunlarının təşkilindən imtina etməsinin səbəbləri hələ bəlli olmasa da, görünən odur ki,19,5 milyon avroluq alqı-satqı müqaviləsişirkətin maraq dairəsində olub. Belə anlaşılır ki, Azərbaycanda mərc oyunlarına nəzarəti ələ almaq istəyən Cavid Qurbanovun "Baltech Investment LLC” vasitəsilə "Turkcell"ə etdiyi təklif qarşı tərəf üçün də cəlbedici olduğundan, öz səhmlərini satmağa razılaşıb. Beləlikə də C.Qurbanov Azərbaycanın "qumar karlı” olmaq iddiasını gerçəkləşdirə bilib.

Yeri gəlmişkən, məlum alqı-satqı anlaşması və "Baltech Investment LLC” şirkətinin "Azerinteltek” QSC-nin bütün səhmlərinə sahib olmaq iddiası ilə bağlı redaksiyamıza bir sıra maraqlı informasiyalar da daxil olub. Hazırda həmin informasiyaları dəqiqləşdirməyə çalışırq. Yaxın günlərdə bu haqda daha geniş açıqlama verəcəyik.

Onu da qeyd edək ki, "Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilib.

"Azərinteltek” QSC-nin ticarət nişanı olan "TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.

Demokrat.Az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300