Qərarların icrası və görülən işlər barədə məlumat verilib.

Saatlı şəhərində Saatlı, Sabirabad və İmişli,  Gəncə şəhərində Gəncə, Goranboy, Şəmkir, Qazax, Ağstafa və Göygöl rayon təşkilatlarının iştirakı ilə keçirilən zona müşavirələri haqqında bu tədbirlərdə iştirak edən Divan üzvləri Gülağa Aslanlı, Osman Kazımov və Nemət Kərimli məlumat verib. Zona müşavirələrində müzakirə olunan məsələlər barədə fikir mübadiləsi aparılıb. Müşavirələr Divan tərəfindən müsbət qiymətləndirib.

Partiyanın yerli təşkilatlarına "Siyasi partiyalar haqqında” qanuna müvafiq olaraq icra hakimiyyətindən qərargah alınması ilə bağlı müraciət edilməsi barədə tapşırıq verib.

26 fevral Xocalı soyqırımı günü saat 12.00-da "Ana fəryadı” abidəsinin ziyarət edilməsi ilə bağlı təşkilati-texniki məsələlər müzakirə edilib.

Hakimiyyətin xarici siyasət sahəsində rusiyameylli siyasətin davam etdirilməsi, qardaş Türkiyə və sivil dünyaya qarşı mövqe tutmasının bütövlüklə Azərbaycanın milli maraqlarına zidd olduğu vurğulanıb.

Siyasi hakimiyyətdən rus hərbi gəmilərinin Bakı buxtasına daxil olacağı barədə Rusiya Federasiyasının rəsmi şəxslərinin verdiyi bəyanatlarla bağlı xalqa açıqlama verilməsi tələb olunub.

Sonda cari məsələlərə baxılıb.

22.02.2016

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300