Eldar Carçyev yenin inşa etdiyi Əhəng Zavoduna elektrik xətti çəkdirə bilmir, ondan 84 min manat pul istəyirlər 

Qazaxda qəribə vəziyyət yaşanır. Dövlət başçısı İlham Əliyev dəfələolə bəyan edib ki, sahibkarlar üçün hər hansı bir maneçilik yaradılmamalıdır. Üstəlik, bütün yerli qurumların və rayon rəhbərlərinin diqqətinə çatdırılıb ki, iş adamlarına zəruri olan bütün şərait yaradılsın. 

Amma Qazaxda bunun tam tərsi baş verir. JAM.AZ-a daxil olan məlumata görə, iş adamı Eldar Carçıyev Ermənistanla həmsərhəd olan rayonun Xanlıqlar kəndi ərazisində 120 nəfərin işləyə biləcəyi yen Əhəng Zavodu inşa edib. Bütün zəruri avadanlıq və texnikanın quraşdırılmasından sonra zavodun işə salınması üçün zəruri olan elektrik xəttini çəkdirə bilmir. 

Belə ki, Carçıyev üzləşdiyi problemdən dolayı bütün rəsmi qurumlara müraciət edib. Lakin indiyə qədər problemi aradan qaldırmaq mümkün olmayıb. Onun dediyinə görə, Əhəng Zavoduna elektrik xəttinin çəkilməsi üçün 84500 manat pul istənilir. Bu pulu isə «Azərenerji» ASC-nin məsul işçiləri Ziyaddin və Qədir adlı şəxslər istəyirlər. Hər iki şəxs sahibkara bildirirlər ki, onlarla razılaşma əldə olunmasa, Eldar Çarçıyev texniki şərti almaq üçün 5-6 yüz min manat xərcləməli olacaq. «Yəni, işıq xəttini Qazax rayonundan deyil, Ağstafa və ya Tovuz rayonundan çəkilməsinə icazə verəcəklər. Ziyəddin və Qadir adlı şəxslər o qədər əndazəni aşıblar ki, mənə elektrik xəttini Ermənistandan çəkməyi tövsiyyə edirlər». 

Eldar Carçıyev sonda dövlət başçısına mətbuat vasitəsi ilə müraciət edərək, üzləşdiyi problemin aradan qaldırılması üçün ondan yardım istəyib. İş adamı vurğulayıb ki, 120 ailənin qazanc yeri olacaq bir zavodun bir neçə məmurun özbaşınalığı üzündən istifadəsiz qalması heç bir kriteriyaya sığmır. «İnanıram ki, sahibkarlığın inkişafına yardımçı olan Siz bu məsələylə bağlı konkret addımlar ataraq, problemi həll edəcəksiniz». 
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300