Ərbəin mərasimi qeyd olundu

 

İraq hökuməti bu il Ərbəin mərasimində 15 milyona yaxın zəvvarın iştirak etdiyini bəyan edib

Oktyabrın 30-da İmam Hüseynin şəhadətinin 40-cı günü – Ərbəin qeyd olunub. Ənənəvi olaraq Ərbəin İraqın Kərbəla şəhərində izdihamlı şəkildə qeyd olunur. Hər il olduğu kimi, bu il də insanlar Ərəbəin münasibəti ilə İmam Əlinin (ə) məzarının yerləşdiyi Nəcəf şəhərindən İmam Hüseyn (ə) və silahdaşlarının dəfn olunduğu Kərbəla şəhərinə yürüş ediblər.

Bu il Ərbəin yürüşünə 15 milyon insan qatılıb. "Salam Nyus” Agentliyi İraqın əl-Məlumə xəbər portalına istinadla xəbər verir ki, bu barədə Kərbəla Əyalətinin Qubernatorluq Şurasının baş katibi Məhfuz ət-Təmimi məlumat verib.

Ərbəin yürüşünə qatılanların 4 milyonu xarici zəvvardır. Sumariya Agentliyi bildirib ki, bu Ərbəin mərasimi zamanı 10 mindən artıq səyyar və sabit xidmət mərkəzi Nəcəf-Kərbəla yolunda zəvvarlara xidmət göstəriblər. Bundan başqa İraq ordusu, "Həşdi-Şabi”, polis, milli təhlükəsizlik və hava qüvvələri də daxil olmaqla yüz mindən artıq təhlükəsizlik qüvvəsi bu Ərbəin mərasimini təhlükəsizliyini qoruyurlar. Yalnız 1500 nəqliyyat vasitəsi və 7 min könüllü təmizlik işlərinə cəlb edilib.

Qeyd edək ki, Ərbəin Aşura hadisəsi, yəni İmam Hüseyn (ə) və silahdaşlarının faciəli şəkildə qətlə yetirilməsinin 40-cı günüdür. Ərbəin sözü ərəbcə qırx mənasını daşıyır. İslam rəvayətlərinə əsasən ilk Ərbəin mərasimi İmam Hüseynin (ə) şəhid olduğu il, yəni hicri 61-ci (miladi 680-ci) ildə qeyd olunub. Mədinədə yaşayan və Kərbəla şəhidlərinin məzarını ziyarət edərək Ərbəin ritualıının əsasını qoymuş ilk şəxs isə peyğəmbərin silahdaşlarından olan Cabir ibn Abdullah Ənsari sayılır. Məlumatlarda eyni zamanda həmin vaxt ətraf qəbilələrin də bu matəmə qoşulduğu qeyd edilir. Beləliklə, hər il müsəlmanların Ərbəin günü Kərbəlaya gedib Cabir ibn Abdullahın etdiyi hərəkətləri təkrarlaması İmam Hüseynə ehtiram sayılır.

Sonrakı ötən dövrdə hər il Ərbəin günlərində insanların Nəcəffdən Kərbəlaya 85 kilometrlik məsafəni piyada yeriyərək yürüş etməsi bir ənənəyə çevrilib. Xüsusən də 4 il əvvəl 2014-cü ildən sonra Ərbəin yürüşü kütləvi hal alıb. 2014-cü ildə İraqın bir çox şəhəri İŞİD tərəfindən işğal olunmuşdu. Ancaq din alimlərinin çağırışından sonra minlərlə insan Ərbəin yürüşünə qatıldı. Həmin dövrdə iştirakçıların sayı barədə fərqli fikirlər olub, hətta 20 milyon zəvvarın olduğu deyilsə də, Kərbəla valiliyi 13 milyon nəfərin Ərbəin günlərində Kərbəlaya daxil olduğu barədə rəsmi məlumat yayıb. Azərbaycandan da hər il minlərlə insan Ərəbin yürüşünə qatılır. 2017-ci ildə Ərbəinə Azərbaycandan 30 min nəfərin qatılması ilə bağlı məlumat verilib. Ancaq hətta ən minimal rəqəmlər belə Ərbəinin dünyada ən kütləvi dini mərasim olduğunu təsdiqləyir.

Xatırladırıq ki, Kərbəla şəhidlərinin matəm mərasimi ərbəin günündə başa çatsa da, bundan sonra daha 9 və ya 10 gün şadlıq etməmək, hüznlü olmaq savab sayılır. Çünki səfər ayının 28-də Həzrət Mühəmməd Peyğəmbərin (s) və İmam Həsənin (ə) vəfat günü, səfər ayının son günündə (29-u və ya 30-da) isə İmam Rzanın (ə) şəhadət günü qeyd edilir. Bu müqəddəslərin ruhuna ehtiram əlaməti olaraq, səfər ayının sonuna kimi matəmi uzatmaq məsləhətdir.

Kənan Rövşənoğlu,
Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300