"Xaricdə təhsil" adı altında dələduzluq -"Elite Academy" 60-a yaxın abituriyentin pulunu mənimsəyib - VİDEO

 

Türkiyədə təhsil almaq istəyən bir qrup tələbə dələduzluğun qurbanı olub.

Xezerxeber.az-ın məlumatına görə, Bakıda fəaliyyət göstərən "Elite Academy" təhsil şirkəti 60-a yaxın abituriyentə Türkiyə universitetlərində təhsil almaq vəd edib.

İlkin olaraq hər bir tələbə üçün 500 manatdan başlayaraq fərqli məbləğlərdəpul alan şirkət sonradanbura nəqliyyat və qarşılama xərclərini də əlavə edib.Tələbə adını qazanmaq üçün Türkiyəyə gedənlər isə orda xoşagəlməz sürprizlə qarşılaşıblar.

Zərəçəkənlərin arasındaDövlətİmtahanMərkəzinin keçirdiyi imtahanlarda 600-ə yaxın bal toplayanlar da var.İndi onlar da digər abituriyentlər kimi tələbə adını qazana bilməyiblər.

Özünü "Elit Academy" şirkətinin 5 ölkədəki direktoru kimi təqdim edən Rüstəm adlı şəxs isə bildirdi ki,həmin şikayətçilərin çox az hissəsinin şirkətlə müqaviləsi var.

Zərərçəkənlər isə bildirirlərki,şirkət sonradan valideynləri çağıraraq aralarında olan müqavilələri qəbul sənədi almaq adı ilə geri istəyib.Buna inananbəzi vətəndaşlar müqavilələrini şirkətə geri veriblər.Hazırda isə çox az sayda vətəndaşda müqavilə sənədi qalıb.

Zərəçəkənlər onlara dəyən maddi və mənəvi ziyanı tələb edirlər. Yarımçıq qalan suallara cavab almaq üçün şirkət rəhbəri ilə yenidən əlaqə saxlamaq istəsək də,bu,nəticəsiz qaldı.

Şirkət isə hazırda fəaliyyətini davam etdirir.Hər gün insanlarxaricdə təhsil üçünburamüraciət edirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300