2022-ci ildə Titanik II gəmisi okean sularında üzəcək

 

2022-ci ildə "Titanic II” gəmisi 1-ci Titanikin faciəvi sonluqla bitən eyni marşrutu üzrə səyahət edəcək.

Musavat.com xəbər verir ki, birinci Titanikin eynisi inşa edilib "Titanik II” adı ilə eyni marşurutla səyahət çıxacaq.

II Titanik Avstraliyalı zəngin iş adamı Kliv Palmer liderliyi ilə "Blue Star Line” gəmiqayırma şirkəti tərəfindən inşa edilir. Şirkət bəyan edib ki, dörd il içində Titanik II hazır olacaq.

Titanik II eyni ilə birincinin əksi olacaq, lakin müasir texnologiya standartlarına da cavab verəcək. Palmer qeyd edib ki, yeni gəmi 21-ci əsrin tələb etdiyi bütün standartlara cavab verəcək və lüks səyahəti təmin edəcək.

"Titanik II” nadir layihədir və ictimaiyyətin diqqətini özünə çəkəcəkdir”- Palmer qeyd edib.

İlk dəfə belə bir layihənin başlanacağını Avstraliyalı iş adamı 2012-ci ildə bəyan etmişdi. İlkin plana görə 2016-cı ildə istifadəyə veriləcəkdi, lakin maliyyə problemlərinə görə gecikdiyi bildirilir.

Hesablamalara görə gəminin inşa dəyəri 500 milyon dollardır. 2400 sərnişin və 500 gəmi heyətini daşıma gücünəsahib olacaq.
Hər hansı qəzaya qarşı sərnişinləri daşıya biləcək kifayət qədər qayıqlar olacaq. "Blue Line” şirkətinin verdiyi məlumata görə hər birisi 250 sərnişin daşıya biləcək motorlu xilasedici gəmilər Titanik II-də olacaq.

Gəmi turu 1912-ci ildə olduğu kimi Sauzamptondan (İngiltərə) Nyu-Yorka (ABŞ) hərəkət edəcək.

1912-ci ilin Titaniki xəyalların gerçəkliyə dönüşdüyü gəmi idi. Titanik əfsanəsi sirləri, intriqaları və gəmidə olanlara hörmətlə yaddaşda qalıb. Hərəkət etdikdən sadəcə dörd gün sonra aysberqlə toqquşan Titanik bataraq 1500 nəfərin ölümünə səbəb oldu.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300