Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanması mərasimi olub - FOTOLAR

 

Türkiyənin Tokat vilayətində 2-ci Kitab Fuarı çərçivəsində millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanması mərasimi keçirilib. İmza mərasimində çoxlu sayda ziyalılar, gənclər iştirak ediblər. Millət vəkili Q.Paşayeva Tokat bələdiyyə başqanı Av. Eyüp Eroğluna bu il keçirdikləri Kitab Fuarında əsas mövzunun Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr etmələri üçün təşəkkürünü bildirib və bunun böyük önəmi barədə fikirlərini bölüşüb.

Türk millətinin gənc nəsilləri üçün kitabın önəmindən də danışan millət vəkili Q.Paşayeva çoxlu sayda gənclərin imza mərasiminə qatılmasından çox məmnun olduğunu deyib. Millət vəkili Q. Paşayeva kitablar barədə məlumat verərək gənclərə kitablarına böyük maraq göstərdikləri üçün təşəkkür edib. Dağıq Qarabağ, Axıska, Krım, Kərkük, Türkməndağından danışan, Türk dünyasının probemləri və çıxış yolları barədə də danışan millət vəkili Q. Paşayeva gəncləri ortaq tariximizi yaxşı oxumağa, öyrənməyə çağırıb.

O, bildirib ki, dünyanın harasında doğulub harasında yaşamasından asılı olmayaraq hər bir Türk insanı ortaq tarixmizi yaxşı bilməlidir və bütün məsələlərdə bir-birimizə daha çox dəstək verməliyik. Bu kitabların gənclərimiz arasında Türk dünyasını daha yaxşı tanımağa da öz töhfəsini verə biləcəyini deyən millət vəkili Q.Paşayeva "Allahdan ən böyük arzum bir gün sizin kimi dəyərli insanlarla birlikdə belə tədbirləri Dağlıq Qarabağda, Şuşada, bütün o gözəl torpaqlarımızda da bərabər keçirməkdir”, - deyərək kitablarını oxucular üçün imzalayıb, gənclərin müəllifi olduğu kitablarla bağlı suallarını da cavablandırıb.

"Müəllifi olduğum kitablara, özəlliklə Azərbaycana olan böyük diqqət bizi çox duyğulandırdı”, – deyən millət vəkili Q.Paşayeva gəncləri maraqlandıran suaları da cavablandıırıb və bələdiyyə başqanı, Tokat vilayətinin rəsmiləri, aydınları ilə birlikdə Kitab Fuarını da gəzib və yazarlarla, sakinlərlə geniş söhbət edib və Azərbaycanla bağlı onları maraqlandıran sualları və fikirləri də cavablandırıb.

Bir çox yazarlar millət vəkili Q.Paşayevaya kitablarını hədiyyə edərək qardaş Azərbaycana gəlməyi və görməyi çox istəyirik deyiblər və Q.Paşayeva onları ölkəmizə dəvət edib və yaradıcılıqlarında Azərbaycana da yer ayıracaqlarına ümidvar olduğunu deyib. Millət vəkili Q.Paşayeva eyni zamanda Tokatda Kitab evində gənclərlə görüşüb, onlara Azərbaycandan danışıb və suallarını geniş cavablandırıb. Görüşlərdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova da iştirak edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300