«Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili Rusiyanın «Qazprom» yalan danışmaqda davam edir».

«APA-Economics» xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti, hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixeil Saakaşvili «Rustavi 2» telekanalına müsahibəsində deyib.

«O iddia edir ki, Rusiyanın «Qazprom» şirkətinin səhmdarı deyil. Amma hamımız bilirik ki, o, «Qazprom»un əsas səhmdarlarından biridir. Bununla bağlı, İsveçrədə xüsusi hesabat açıqlanıb. Amma o hamını aldatmaqda davam edirdi. «Qazprom»un səhmdarı isə birbaşa olaraq Kremldən göstəriş alır. Belə olmasaydı, Rusiya KQB-si onu səhmdar olmağa imkan verməzdi», - deyə sabiq prezident bildirib.

Bundan sonra, M. Saakaşvili «Qazprom»un 2005-ci ildə Gürcüstana qaz nəqlini dayandırmasını xatırladıb: «Necə unutqan oldunuz?! 2005-ci ildə «Qazprom» boğazımızdan yapışarkən, dadımıza Azərbaycan çatdı.

Azərbaycan öz əhalisinin yarısını qazsız qoyub, bizi qızdırdı. Ardınca biz Azərbaycanla müqavilə imzaladıq. Müqaviləyə əsasən, biz az qala dünyanın ən ucuz qazını alırıq. Bundan sonra yenə ölkəmizi dağıdanlarla işbirliyinə başlandı. Bundan sonra Azərbaycan bizim haqqımızda nə düşünməlidir? Bizim naşükür xalq olmağımızı? Lakin xalq yox, rəhbərlik naşükürdür».

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300