Hindistanda dünyanın ən hündür abidəsi ucaldılıb - FOTO

 

Gələn həftə Hindistanda dünyanın ən hündür heykəli – görkəmli siyasi xadim, 1947-ci ildə Britaniyanın müstəmləkə əsarətindən qurtulmaq üçün xalq hərəkatının ən fəal üzvlərindən biri Sərdar Vallabhbhainin abidəsinin açılışı olacaq.

CNN telekanalı xəbər verir ki, Hindistanın Qujarat ştatında Narmada çayı sahilində ucaldılan 182 metr hündürlüyü olan abidənin oktyabrın 31-də keçiriləcək açılış mərasimində layihənin təşəbbüskarı, ölkənin Baş naziri Narendra Modi iştirak edəcək.

Baş nazir Modi 2013-cü ildə bu abidənin təməlqoyma mərasimində bildirmişdi ki, "...hazırda bütün dünya hündürlüyü 93 metr olan Amerikadakı Azadlıq heykəlindən danışır. Biz Sərdar Vallabhbhainin ondan ikiqat hündür heykəlini ucaltmaq istəyirik”.

 

Sözügedən iddialı layihə Hindistanın Baş naziri tərəfindən hələ 2010-cu ildə ictimaiyyətə təqdim olunmuşdu. N.Modi həmin vaxt Qujarat ştatının naziri idi. Abidənin tikintisi işlərinə Qujarat ştatı, federal hökumət büdcəsi və özəl şirkətlərin 410 milyon dollar məbləğində vəsaiti cəlb olunub. Bundan başqa, Baş nazir əyalət fermerlərini də abidənin ucaldılması üçün ianələr verməyə çağırıb.

Hindistanın hökumət başçısı gələcəkdə ölkənin milli rəmzi olacaq yeni və daha hündür "Şivaji” heykəlinin də ucaldılması da nəzərdə tutulur. Hind okeanının sahilində - Mumbai şəhərində qoyulacaq bu heykəlin hündürlüyü 212 metrə çata bilər.

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300