Mehmanxanalarda ən çox kimlər qonaq olur?

 

2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan mehmanxanalarında ötən ilin eyni dövrü ilə müqayisədə 24,4 faiz çox – 2 milyon 446,8 min gecələmə keçirilib. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, gecələmələrin 57,8 faizi Bakıda, 10,6 faizi Qəbələdə, 6,6 faizi Xaçmazda, hər birində 3,9 faiz olmaqla Naftalan və Qubada, 3,8 faizi Qusarda, 2,7 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 faizi Qaxda, hər birində 0,8 faiz olmaqla Gəncə və Lənkəranda, 8 faizi isə digər bölgələrdəki mehmanxanalarda qeydə alınıb.

Əcnəbilərin keçirdiyi gecələmələrin sayı 2017-ci ilin 9 ayına nisbətən 31,3 faiz artaraq 1 milyon 651,7 min olub. Bu, ümumi gecələmələrin 67,5 faizi deməkdir. Gecələmələrin 13,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 11,4 faizi Rusiya, 9,9 faizi Səudiyyə Ərəbistanı, 5,2 faizi İran, 4 faizi Türkiyə, 3,8 faizi İsrail, 3,6 faizi Hindistan, 3,3 faizi Küveyt, hər biri üzrə 2,7 faiz olmaqla Böyük Britaniya və İraq, 2,6 faizi ABŞ, 2,5 faizi Qətər, 2,2 faizi Pakistan, 1,5 faizi Qazaxıstan, 1,4 faizi Oman, 1,2 faizi Almaniya, 1,1 faizi Bəhreyn,1 faizi Ukrayna, 26,6 faizi digər ölkələrin vətəndaşlarının payına düşüb.

Azərbaycan vətəndaşlarının keçirdiyi gecələmələr ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 795,1 minə çatıb.

Doqquz ayda mehmanxanaların gəlirləri 286,1 milyon manat olub.

Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 21,9 faiz həddində rəsmiləşib. Bu göstəricinin Naftalanda 62 faiz, Ağstafada 36,7 faiz, Qəbələdə 35,3 faiz, Bakıda 30,5 faiz, Zərdabda 24,7 faiz, Qubada 24,3 faiz, Şəmkirdə 23,1 faiz, Şirvanda 22,4 faiz olduğu vurğulanır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300