emblem

Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahı seçki pozuntularını əks etdirən ilk press-relizini yayıb. Press-relizi təqdim edirik:

31 saylı Suraxanı ikinci seçki dairəsinin 16 saylı məntəqəsində Müsavat Partiyasının respublika üzrə müşahidəçiləri Vüqar Zamanovu və Aqşin Rəhmanovu seçki məntəqəsindən çıxarılıblar. Müşhahidəçilərin üzərində MSK-dan alınmış müşahidəçi vəsiqəsi var. Amma onlardan şəxsiyyət vəsiqəsi tələb olunur. Məntəqə seçki komissiyasının sədri deyib ki, müşahidəçi vəsiqəsi onun qardaşının ola bilər, şəkli oxşaya bilər.

17 saylı Yasamal üçüncü seçki dairəsinin M.Müşfiq adına 18 saylı tam orta məktəbdə yerləşən 13 saylı seçki məntəqəsində müşahidə aparan Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Arif Bağırzadənin verdiyi məlumata görə, bu məntəqədə müşahidəçilərin qeydiyyata alınması formal xarakter daşıyır. Belə ki, məntəqədə müşahidəçilərin qeydiyyatı üçün rəsmi sənəd yoxdur. Müşahidəçilərin seçki məntəqəsində baş verən hadisələri, xüsusən seçki qutusuna nəzarət etmək imkanları tam məhdudlaşdırılıb. Seçki bülletenləri müşahidəçilərin müşahidəsi altında sayılmayıb. Seçki məntəqəsində veb-kamera quraşdırılıb. Bülletenlərin sayılıb-sayılmadığını veb-kameranın çəkilişinə baxmaqla da müəyyənləşdirmək olar. Məntəqə seçki komissiyasının sədri və dairə seçki komissiyasının həmin an seçki məntəqəsində olan nümayəndəsinə nöqsanlar haqqında məlumatlar verilsə də, onların aradan qaldırılması üçün heç bir tədbir görülməyib.

54 saylı Şabran-Siyəzən seçki dairəsinin 4 saylı seçki məntəqəsində dairə üzrə müşahidəçi Mərdan Mehdinin verdiyi məlumata görə, seçki məntəqəsində həyata keçirilən karusel əməliyyatını foto-lentə aldığına görə məntəqə seçki komissiyasının tərtib etdiyi akta əsasən seçki məntəqəsindən çıxarılıb.

49 saylı Yevlax-Mingəçevir seçki dairəsinin 26 və 35 saylı seçki məntəqələrindən Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Nurəddin Rüstəmovun verdiyi məlumata görə, saat 09.00-da seçki qutular artıq doldurulub. Müşahidəçilər seçki məntəqələrinə buraxılmırlar.

71 saylı Masallı kənd seçki dairəsinin 18 saylı seçki məntəqəsində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Rüfət Baxışbəylinin verdiyi məlumata görə, seçki bülletenllərinin nömrələnmiş yuxarı sol küncü qabaqcadan dəstə-dəstə kəsilib.

9 saylı Binəqədi ikinci seçki dairəsindən Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Osman Kazımovun verdiyi məlumata görə, saat 10.30-da bu dairənin 15 saylı seçki məntəqəsində seçicilərin səsverməyə gəlməsi müşahidə olunmur. Məntəqə seçki komissiyasının üzvləri səbirsizliklə seçici gözləyir.

58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən olan, adının çəkilməsini istəməyən  seçicilərdən biri zəng edərək bildirib ki, bu seçki dairəsinin tərkibində fəaliyyət göstərən məntəqə seçki komissiyalarında yekun seçki protokolları 29 oktyabr 2015-ci il tarixdə tərtib edilərək, dairə seçki komissiyasına təqdim olunub.

31 saylı Suraxanı ikinci seçki dairəsinin 13 saylı məntəqəsində Müsavat Partiyasının respublika üzrə müşahidəçisi Aqşin Rəhmanov polisin təzyiqi ilə üzləşib. Müşhahidəçi seçki məntəqəsində şəkil çəkərkən iki polis əməkdaşı ona yaxınlaşıb və seçki məntəqəsindən qovacaqları ilə hədələyiblər. Qeyd edək ki, polis əməkdaşlarının səsvermə vaxtı seçki məntəqəsinə daxil olması Seçki Məcəlləsinə ziddir.

11 saylı Qaradağ seçki dairəsinin 9 saylı seçki məntəqəsindən Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Səxavət Soltanlının verdiyi məlumata görə, seçicilərə seçki bülletenləri bir otaqda verilir, seçki qutusu və müşahidəçilər isə digər otaqda əyləşiblər. Belə ki, müşahidəçilərin seçki prosesini müşahidə etmək imkanları yoxdur. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300