Sumqayıtda ana və qızını maşın vurub

 

Sumqayıt şəhərində iki nəfərin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Sumqayıt -Abşeron bürosunun məlumatına görə, yerli sakinlər - 1977-ci il təvəllüdlü Zeynalova Sevil Habil qızı və onun 20 yaşlı qızı Səbinə Zeynalova şəhərin 13-cü mikrorayonu ərazisində yolu keçərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurulub.

Yaralılar dərhal "təcili yardım" maşını ilə xəstəxanaya çatdırılıb. Ana və balanın vəziyyəti ağır olduğundan , onlar Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndəriliblər. Sürücü hadisə yerindən qaçsa da, sonradan polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Ağdaşda avtomobil piyadanı vurub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300