ABŞ-da 1,6 milyard dollarlıq cek-potun azı bir qalibi var

 

Amerikanın "Mega Millions” lotereyasının təşkilatçıları 1,6 milyard dollarlıq rekord cek-potun azı bir qalibinin olduğunu elan edib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, təşkilatçıların məlumatına əsasən, 6 rəqəmin uyğun gəldiyi bilet Cənubi Kaliforniya ştatında satılıb. Bununla yanaşı, bəzi ştatlarda biletlərin sayılması prosesi hələ davam edir. Əgər qaliblərin sayı çox olsa, uduş onların arasında bərabər bölünəcək.

"Mega Millions” lotereyasının cek-potu iyul ayından artmağa başlayıb. Lotereyanın 656 milyon dollarlıq əvvəlki rekordu 2012-ci ildə qeydə alınıb. O vaxt uduş üç qalib arasında bölünmüşdü. ABŞ-ın lotereya oyunları tarixindəki rekordu "Powerball” lotereyasına məxsus olub – 2016-cı ildə qalib 1,586 milyard dollar əldə edib.

Qeyd edək ki, cek-pot 30 il müddətində veriləcək ümumi ödənişlərə hesablanıb. Əgər uduş sahibi məbləği bir dəfəyə götürmək istəsə, cəmi 913 milyon dollar alacaq.

Ötən oyunda "Mega Millions” lotereyasında uduş şansı 303 milyonda bir olub, bu turda qalibin müəyyən olunması ehtimalı isə təxminən 75 faiz təşkil edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300