Tovuzda 22 yaşlı qız dərmandan zəhərlənib
Tovuz rayonunda 22 yaşlı qadın dərmandan zəhərlənib.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Alakol kənd sakini, 1996-cı il təvəllüdlü Türkan Hüseynova xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan onun artıq miqdarda həb qəbul etdiyinə görə zəhərləndiyi bildirilir.
Hadisənin intihara cəhd olduğu da ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.