Ermənistan ordusunun əsgəri Qarabağda yaralandı
İşğal olunmuş Azərbaycan ərazilərindəki Ermənistan ordusunun əsgəri güllə yarası alıb.
Musavat.com bununla əlaqədar erməni mediasına istinadən xəbər verir. Məlumata görə, 23 oktyabrda saat 12.10-da işğalçı ölkənin ordusunda müqavilə ilə xidmət edən hərbçi Ayk Sarksyan güllə yarası alıb. Ermənistan mediası onun qarşı tərəfdən açılan atəş nəticəsində yaralandığını iddia edib. Hadisənin təmas xəttinin cənub-qərb istiqamətində baş vderdiyi bildirilir.