Balakəndə yol qəzası olub, xəsarət alanlar var

 

Balakəndə yol qəzası olub.

"Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə oktyabrın 22-dən 23-ə keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Poçtbinə kəndi ərazisindən keçən hissəsində baş verib.

Balakən rayonu Tülü kənd sakini, 1991-ci il təvəllüdlü Rəşad Kamil oğlu Layıcov idarə etdiyi "VAZ-2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən Poçtbinə kənd inzibati ərazisindən axan çayın üzərindəki körpüyə çatan zamaan idarəetməni itirib. Nəticədə maşın hündürlükdən çaya düşüb. Qəzadan sonra sürücü R. Layıcov, avtomobildə olan sərnişinlər - Balakən şəhər sakinləri, 1989-cu il təvəllüdlü Nəsimi Füzuli oğlu Omarov, 1978-ci il təvəllüdlü Xanım Əsəd qızı Balacayeva və Məlahət Əli qızı Sadıqova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstəxanadan "Report”a bildirilib ki, yaralılardan R.Layıcov və X.Balacayevanın xəsarətləri ağır olduğundan müalicələri reanimasiya şöbəsində aparılır. N.Omarovun müalicəsi Cərrahiyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirlir. M.Sadıqovanın xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300