Bank kartlarımızın təhlükəsizliyini necə qoruyaq? - VİDEO

 

Bank ödənişləri və köçürmələrində rahatlığı təmin edən plastik kartlar bəzən vətəndaşlarda əlavə problemə yol açır. Misal üçün kartını itirdikdə və ya oğurlandıqda onun hesabından vəsaitlər mənimsənilir.

ARB TV-nin "Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Kartı itən şəxs ilk növbədə müştərisi olduğu banka məlumat verməlidir ki, onun hesabı dondurulusun. Bundan sonra isə digər prosedur qaydalarını etməlidir.

Anar İsmayılzadə - İT mütəxəssis: "Kartı "aplikeşın” və ya online bankomat sistemindən deaktiv edə bilmirsə, o zaman digər kartı varsa "cash” xidməti ilə bütün qalıq pullarını digər karta köçürə bilər”.

Bu kimi halların qarşısını almaq üçün ən optimal variantlardan biri də 3d mühafizədir. Bu tətbiq vasitəsi ilə nağdsız ödənişlərinizi sms sorğu və təsdiq vasitəsi ilə edə bilərsiz. Yəni sizin kartınız itsə belə, ondan kimsə istifadə edə bilməyəcək.

Anar İsmayılzadə - İT mütəxəssis: "Bank işçiləri müştərilərə təhlükəsizliyi daha ətraflı öyrətməlidir”.

Ekspertlər deyir ki, onlayn ödənişlərin hara və necə sərf olunmasını müəyyən etmək çətin bir iş deyil. Şikayət olduqda araşdırılan zaman bu hərəkətlərə yol şəxsi tapmaq mümkündür.

Şəmsəddin Hacıyev - Sabiq Polis rəisi: "Bu işlərin istintaqı ilə məşğul olan hüquqşünaslara xüsusi təlim keçmək lazımdır. Onların sertifikatı olmalıdır. Hər müstəntiq bunu apara bilməz”.

Teymur Baloğlanov – Ekspert: "Pul oğurlayanların şəxsiyyətini müəyyənləşdirmək çox asandır. Çüki bütün bankomat kartları onu verən bank vasitəsi və informasiya sistemində öz əksini tapmaqla xərclənir”.

Plastik kartların təhülkəsizliyi üçün vasitələr çox olsa da, bundan da vacib insanların özünün diqqətli olmasıdır...

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300