Müsavat Saatlıda zona müşavirəsi keçirdi

Fevralın 21-də Saatlıda Müsavat Partiyasının zona müşavirəsi keçirilib. Bu haqda "Basta”ya Müsavat başqanının müşaviri Azər İsmayıl məlumat verib. Müşavirədə partiyanın Saatlı, Sabirabad və İmişli rayon təşkilatlarının təmsilçiləri iştirak ediblər. Azər İsmayıl müşavirədə olduqca məhsuldar bir müzakirələrin aparıldığını deyib.

Müşavirədə Müsavatın Divan üzvü Nemən Kərimli, MNTK üzvü Əliş Əzizov, Müsavat Gənclər Təşkilatının təmsilçiləri Əbülfəz Sadıqbəyli və Vasif Sadıqbəyli iştirak ediblər. Nemət Kərimli ölkədəki ictimai siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələr haqqında məlumat veriblər. Yerli təkilatların rəhbərlərinə yeni təlimatlar çatdırılıb.

Toplantıda həmçinin keçmiş millət vəkili İltizam Əkbərli və yerli təşkilatların təmsilçiləri çıxış ediblər. 

Müsavat Partiyası fevral ayında Azərbaycanın bölgələrində zona müşavirələri keçirib. Bundan əvvəl partiyanın rəhbərliyinə daxil olan şəxslər Göyçay,  Şəki, Balakən, Quba, Salyan, Cəlilabad, Şamaxı,  rayonlarına və Gəncə şəhərinə səfər edərək, analoji müşavirələr keçiriblər.



Mustafa Hacıbəyli, bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300