Şəkidə özünü asmağa cəhd edən 49 yaşlı kişi son anda kəndir qırıldığı üçün xilas olub.

 


Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə fevralın 21-də axşam saat 17 radələrində Şəki şəhəri P. Namazzadə küçəsi ev 38 A ünvanında baş verib.

 

Şəki şəhər sakini, 1967-ci il təvəllüdlü Qurban İsfəndiyar oğlu Qurbanov yaşadığı evin eyvanında travmatik şok vəziyyətdə, boynunda kəndirlə ailə üzvləri tərəfindən aşkarlanıb. Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, 49 yaşlı Q. Qurbanov intihar etmək məqsədi ilə özünü asıb. Lakin son anda kəndir qırılıb, Q. Qurbanov xilas olub. Q. Qurbanov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.


Şəki RMX-dan APA-ya verən məlumata görə, Q. Qurbanov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.


Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300