İntiqam Əliyevin yaxınları prokurorluğu məhkəməyə verdi
İnsan haqları üzrə tanınmış vəkil İntiqam Əliyev və yaxınları Baş Prokurorluğu məhkəməyə verib. Buna səbəb hüquq müdafiəçisi həbs olunarkən onun rəhbərlik etdiyi Hüquq Maarifçilik Cəmiyyətinin ofisində, həmçinin özünün və yaxınlarının yaşadığı evlərdə axtarış apararkən istintaqa aidiyyəti olmayan əşyaların, sənədlərin götürülməsi, onlarının tam qeydiyyatının aparılmaması, götürülənlərin vaxtında geri qaytarılmamasıdır. 

Söhbət İntiqam Əliyevin ailə üzvlərinə məxsus kompyüter, planşet və telefonlar, eləcə də hüquq müdafiəçisinin barəsindəki cinayət işilə heç bir əlaqəsi olmayan, ayrı-ayrı adamlara aid məhkəmə sənədlərindən gedir.

İntiqam Əliyev və ailə üzvləri məsələ ilə əlaqədar əvvəlcə Baş Prokurorluğa müraciət edib. Bu müraciət nəticə vermədikdə məhkəməyə üz tutublar. Prokurorluğun hərəkətlərinin qanunsuz hesab olunması və vurulmuş ziyanın ödənilməsini tələb edir. Lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Şərafət Məmmədova iddianı mümkün saymayıb.

Bu qərardan verilən apellyasiya şikayəti də nəticəsiz olub - Bakı Apellyasiya Məhkəməsində hakim Həmid Həmidov şikayəti təmin etməyib və qərar dəyişdirilmədən qüvvədə saxlanılıb. İş hazırda Ali Məhkəmədə hakim Azər Hüseynovun icraatındadır.

İntiqam Əliyev özü də Bakı Ağır Cinayətlər Məhkəməsində işinə baxılarkən dəfələrlə bu məsələni qaldırıb. Hüquq müdafiəçisi heç bir zərurət olmadığı halda, qardaşı və digər qohumlarının yaşadığı evlərdə axtarış aparılması, övladlarına məxsus texniki əşyaların götürülməsi, işə aidiyyəti olmayan şəxslərin foto və videolarının yer aldığı həmin avadanlıqların prokurorluqda saxlanılmasını şəxsi həyata müdaxilə kimi qiymətləndirmişdi.

İntiqam Əliyev məhkəmə prosesi zamanı

Bu məsələ ilə əlaqədar məhkəmədə iddia qaldıranlar arasında İntiqam Əliyevin övladları Nərmin və Nəcmin Kamilsoylar da var.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. Hüquq müdafiəçisi vergidən yayınma, vəzifədən sui-istifadə, qanunsuz sahibkarlıq və israfçılıq ittihamları ilə 7 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb. Bu qərardan verilmiş kassasiya şikayəti də hazırda Ali Məhkəmədə hakim Gülzar Rzayevanın icraatındadır.

İntiqam Əliyev ittihamları qəbul etmir və insan haqlarının müdafiəsi, özəlliklə, hüququ pozulan şəxslərin şikayətlərinin Avropa Məhkəməsinə hazırlanıb göndərilməsilə məşğul olduğuna görə siyasi sifarişlə cəzalandırıldığını deyir.

"Amnesty International" beynəlxalq hüquq-müdafiə təşkilatı İntiqam Əliyevi "vicdan məhbusu” elan edib.(azadliq.org)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300