Kənan Məmmədov Prezidentin siyasətinə qarşı: Bakı gömrüyü rəisinin "karandaş əməliyyatı”

 

Prezident İlham Əliyev ölkə isqisadiyyatında rəqabətli mühitin formalaşması, daha əlverişli iqtisadi mühitin yaranması naminə sahibkarlara hərtərəfli dəstək nümayiş etdirir

Təsadüfi deyil ki, prezident dəfələrlə sahibkarlara süni maneələr yaradan dövlət məmurlarını sərt şəkildə tənqid edib və bu kimi neqativ hallara son qoyulmasını tələb edib.

Görünən isə odur ki, dövlət başçısının bu tənqidlərindən lazımı nəticə çıxartmayan məmurlar da az deyil. Hər halda Savash.org-a Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin yarıtmaz fəaliyyəti ilə bağlı bir qrup sahibkarın göndərdiyi şikayət belə düşünməyə əsas verir.

Savash.org-a ünvanlanmış şikayətdə iddia olunur ki, Bakı Baş Gömrük İdarəsində sahibkarların sıxışdırılması, onlardan qanunsuz ödənişlər tələb olunması adi hala çevrilib. Belə bir vəziyyət adıçəkilən idarəyə yeni rəhbərliyin gəlişindən, konkret olaraq Kənan Məmmədovun Bakı Baş Gömrük İdarəsinə rəis təyinatından sonra yaranmağa başlayıb. Bununla bağlı sahibkar C.Hamletli bunları deyir:

Kənan Məmmədov prezidentin siyasətinə qarşı: Bakı gömrüyü rəisinin "karandaş əməliyyatı”"Əvvəl indi başımıza gətirilən özbaşınalıqlar yox idi. Hazırda isə vəziyyət belədir ki, sahibkarın ölkəyə gətirdiyi mallın dəyəri ilə bağlı ona təqdim olunan gömrük bəyannaməsinə malın real qiymətindən dəfələrlə çox məbləğ yazılır. Bu isə o deməkdir ki, sahibkar bu səbəbdən daha çox rüsum ödəməlidir. Konkret misalla belə təsəvvür edək ki, sahibkar İrandan dəyəri 5 min manatlıq mal gətirir, Bakı Baş Gömrük İdarəsində isə həmin məbləğ dəfələrlə artılıraq gömrük bəyannaməsində özünü 20-25 min manat kimi göstərir. Bu və digər qanunsuzluqlarla bağlı etdiyimiz çoxsaylı şikayətlər nəticəsiz qaldığından son çarə kimi mətbuata üz tutmaq qərarına gəldik”.

Sahibkarların bildirdiyinə görə, gömrük bəyannamələrində qiymətlər bir qayda olaraq qələmlə deyil, sonradan pozaraq üzərində dəyişiklik etmək asan olsun deyə karandaşla yazılır. Bu isə Bakı Baş Gömrük İdarəsində idarəçiliyin, sahibkarlarla qurulmuş işin hansı səviyyədə olması haqda ilkin təəssürat yaradır.

Mövzuyla bağlı araşdırmalarını davam etdirir, sahibkarların şikayətləri əsasında hazırlayacağımız daha geniş məqaləni isə yaxın günlərdə izləyə biləcəksiniz.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin yeni rəisi Kənan Məmmədovdur və o bundan əvvəll DGK-nın Tovuz Gömrük İdarəsinin rəisi olub.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Savash.org

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300