Neftçalada "Daewoo" yanıb
Neftçala rayonunda "Daewoo" markalı minik avtomobili yanıb.
Trend-in məlumatına görə, minik avtomobilinin idarəetmə lövhəsi və mühərrikinin yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.