«Cahargah» oteli əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir
Suraxanının polis rəisi Namiq Həsənov burda baş verən qadın ticarətinə niyə göz yumur? Məlum olduğu kimi, Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən insan alverinə qarşı mütəmadi olaraq mübarizə tədbirləri həyata keçirilir. Məhz nazirliyin əməkdaşlarının keçirdikləri əməliyyat və reydlər nəticəsində qadınları fahişəliyə cəlb edən şəxslər aşkarlanaraq məsuliyyətə cəlb edilirlər. Amma həyata keçirilən mübarizə tədbirlərinə baxmayaraq, qadın ticarəti ilə məşğul olanların qanunsuz əməllərinin qarşısını birdəfəlik almaq mümkün olmur. Hazırda paytaxtın müxtəlif ərazilərində restoran, otel, istirahət mərkəzi adı altında əxlaqsızlıq yuvaları fəaliyyət göstərir. Həmin obyektlərdən biri də Türkan-Hövsan yolunda yerləşən "Cahargah" otelidir.
 
Gundelik-baku.com-a daxil olan məlumatlarda bildirilir ki, bu oteldə günün 24 saatında neqativ hallar yaşanır, müxtəlif yaşlı qızlar cinsi istismara məruz qalırlar: «Otelin sahibinin həkim olduğu bildirilir. Amma o özü buranı işlətmir, aylıq icarəyə verib. Deyilənə görə, obyektin aylıq kirayə haqqı 5 min manatdan yuxarıdır. Otel aşkar şəkildə priton kimi fəaliyyət göstərir. Bura müştərilər həm özləri ilə qız gətirə bilərlər, həm də oteldə müştərilərə təklif olunası qızlar var. Otelin sahibi olan həkim Mədəniyyət və Turizm Nazirliyində özünə adam taparaq xüsusi razılıq sənədi, yəni lisenziya alıb. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları oteldə reyd keçirmirlər. Təzə polis rəisi Namiq Həsənov bu posta təyin olunandan sonra bir dəfə də olsa otelin fəaliyyəti ilə maraqlanmayıb. Məhz bu səbəbdən «Cahargah»da aşkar şəkildə qadın ticarəti cərəyan edir».
 
Məlumatı verən mənbə deyir ki, oteldə ən ucuz otağın 3 saatı 50 manatdan başlayır: «Bu otaqlar sadə tiplidir. Daha lüks otaqların qiyməti bir sutkalıq 120, yarım günlük üçün isə 60 manatdır». Əxlaqsızlıq yuvası ilə bağlı daha ilginc iddialar var. Lakin hələ ki, həmin məlumatları açıqlamaq istəmirik. Növbəti yazıda obyekti icarəyə işlədən şəxsin kimliyi və polis rəisi Namiq Həsənovun nəyə görə bu obyektin fəaliyyətinə göz yumması barədə maraqlı məqamlara aydınlıq gətirəcəyik.
 
Yazı ilə bağlı qarşı tərəfə də cavab haqqı tanıyırıq.
 
ULUYOL.İNFO

«Cahargah» oteli əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir
«Cahargah» oteli əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir
«Cahargah» oteli əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300