Sumqayıtda fəhlə yük maşınının altında qalaraq ölüb

 

 

Sumqayıt şəhərində fəhlə yük maşınının altında qalaraq ölüb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Bakı-Quba avtomobil yolunun şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük maşını arxaya hərəkət edərkən 1977-ci il təvəllüdlü Məzahir Azay oğlu Mustafayev nəqliyyat vasitəsinin altında qalaraq ölüb. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt regional şöbəsinə təhvil verilib.

Qeyd edək ki, ölən şəxsin yol tikinti idarəsinin əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300