Parisdəyəm,məşhur Eyfel qülləsinin yanında dayanıb Fransa ictimaiyyətinə əlimdə tutduğum "Qarabağ" qəzetini və Qarabağın ermənilərə aid olmadığını sübut edən arxiv sənədlərini paylayıram.Çoxlu sayda fransızı inandıra bilmişəm.Xəbər tutan erməni təmsilçiləri bundan bərk narahat olur.Ancaq bu fəaliyyətimi yenə davam etdirirəm.Və birdən xatırlayıram ki,bir müddət öncə məni yolunda bu qədər çalışdığm vətənim Azərbaycanda hətta seçki kampaniyasına da buraxmadılar.Mənə imza verənlərin bəzilərinə isə hədə-qorxu gəlib imzalarını geri götürməyi tələb etdilər.Appelyasiya məhkəməsində sədrlik edən tələbəmiz Elşanə xanım mənə hörmətini bildirib imtina ərizələrinin 30-a qədərinin saxta olduğunu sübut etdi və dərinə gedə bilmədiyini bildirdi.Hər halda ona təşəkkür edirəm bu səmimiyyətinə görə.Daha 30-dan çox imtina ərizəsində isə mənim ümumiyyətlə adım yox idi.Seçki komissiyasının sədri Məzahir Pənahov isə tarixi kitablarımdan xəbərdar olduğunu, lakin gücsüzlüyünü bildirib.İndi soruşmaq istəyirəm ki,sabah 125 saylı Dairənin qutusundan Prezident Aparatının və Məzahir bəyin "göz yummağı" ilə çıxacaq,"deputatlığının" 25 illiyini yaşayacaq İmamverdi İsmayılov heç olmasa Biləcəridən kənara çıxıb bir "Qarabağ" sözünü işlədibmi?Digər dairələrdə də vəziyyət acınacaqlıdır.Vətəndaşların hüququna sayğılı bir Azərbaycan cəmiyyətinin qurulmasına ciddi ehtiyac vardır.Vətənə və millətə sevgi ruhu ilə yaşayan,onun problemlərini həll etmək gücündə olanlara sayğılı idarəçiliyin qurulması mütləqa vacibdir.Seçki saxtakarlığı ilə Prezidentə yazıb göndərdiyim və mətbuatda dərc etdirdiyim Açıq məktuba isə cavab da gəlmədi.Mən isə öz işimdəyəm və araşdırmalarımı davam etdirirəm.Qarşıdakı aylarda M.Ə.Rəsulzadənin Mühacirətdəki Əsərlərinin 1-ci cildini hazırlayıb nəşr etdirəcəyəm.Bu mənim Böyük öndərin anadan olmasının 132-ci ildönümünə bir töhfəm olacaq.
 
 NƏSİMAN YAQUBLU
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300