Bölgələrdə "Azərbaycanda hasilat sənayesində şəffaflıq” mövzusunda ictimai mühazirələr keçirilib

 

"Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Hasilat Sənayesində Şəffaflıq proesesi və hesabatı ilə bağlı ictimai müzakirələrin təşkili” layihəsini həyata keçirib.

Layihənin məqsədi Hasilat Sənayesində Şəffaflıq” (HSŞ) prosesləri və hesabatlarının geniş ictimaiyyətə çatdırılması və populyarlaşdırılması, HSŞ proseslərində iştirakçılığın artırılması, HSŞ prosesinə ictimai inamın və etimadın gücləndirilməsidir.

"Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi qeyd edilən layihə çərçivəsində Ağdaş, Göyçay Ağsu, Qobustan, Daşkəsən rayonlarında ictimaiyyətin məlumatlandırılması məqsədilə "Azərbaycanda Hasilat Sənayesində Şəffaflığın təmin olunması sistemi” mövzusunda İctimai mühazirə təşkil edib. Tədbirlərdə "Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin sədri Ruhəngiz Hüseynova layihə barədə məlumat verib. HSŞ proseslərində ictimai iştirakçılığın əhəmiyyətindən danışıb.

Layihə eksperti Xalid Kazımov isə "Hasilat Sənayesində Şəffaflıq proesesi və hesabatı” mövzusunda təqdimat edib. Mühazirədə iştitirakçılar üçün Azərbaycan hökumətinin hasilat sənayesində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib təqdimat edilib, onlarla fikir mübadiləsi aparılıb, rəyləri toplanılıb, onların sualları cavablandırılıb.

Ümumilikdə, ictimai mühazirələrdə yerli ictimaiyyətin 200 nəfərə yaxın iştirakçısı qatılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300