Konqresə keçirilək seçkilərin Tramp üçün əhəmiyyəti artıb

 

İki il əvvəl keçirilən və Trampın qalib gəldiyi prezident seçkilərindən sonra noyabrın 6-da ABŞ-da dövrəarası seçkilər keçiriləcək. Bu seçkilər hər prezidentin dörd illik səlahiyyət müddətində iki ildən bir keçirilir. Seçkilərdə Konqresə yeni üzvlər seçiləcək. Hər kəsi maraqlandıran sual isə Trampın gələcək seçkilərdən necə təsirlənəcəyidir.

Musavat.com BBC-yə istinadən xəbər verir ki, bu dəfə ki, Konqres seçimləri Tramp hakimiyyəti və onun bundan sonrakı fəaliyyəti üçün həyati əhəmiyyət daşıyır. ABŞ Konqresi Nümayəndələri Palatası və Senatdan ibarətdir. Hər iki palata hazırda Respublikaçılar Partiyasının və Trampın nəzarətindədir, yəni əksəriyyət Trampın arxasında duran, onu dəstəkləyən üzvlərdən ibarətdir.

Hazırda demokratlar düşünür ki, bu seçkilərdə onlar qalib gələcək və əksəriyyəti əldə edəcəklər. Belə olduğu təqdirdə isə onlar prezidentin planlarını ya təxirə salmaq, ya da rədd etmək imkanı əldə edə biləcəklər.

Numayəndələr Palatası 435 yerdən ibarətdir. Əgər demokratlar yetərli sayda yer qazanarsa, onların respublikaçılardan 23 yer tələb etmək hüququ olacaq. Bu mümkünsüz görünmür, çünki çoxlu sayda respublikaçıların palatanı tərk edəcəyi gözlənilir.

Senat da həmçinin respublikaçıların nəzarətindədir. 100 yerdən 35 yer üçün seçkilər keçiriləcək və demokratlar bunu da qazanmağı hədəfləyir.

 

Əgər demokratlar Numayəndələr Palatasında, respublikaçılar isə Senatda əksəriyyəti əldə edərsə alınan tablonın tıxac yaradacağı iddia edilməkdədir. Çünki iki rəqib partiyanın anlaşmaması vəziyyəti çıxılmaz edə bilər.

Keçirilən sorğulara inanılarsa demokratların qalib gələcəyi iddia edilir. Əksər ekspertlər də bu fikirdədir. Demokratların qalib gəlməsi ehtimalı Trampın reytinqinin aşağı olması ilə əlaqələndirilir.

Digər maraqlı fakt isə bu dəfə demokrat qadın namizədlərin daha çox olmasıdır. Bəziləri Hillari Klintonun (Trampa qarşı seçkilərdə udazan namizəd) intiqamının alınması, bəziləri isə sadəcə prezidentin apardığı siyasətə qəzəbli kütlənin olması faktorunu irəli sürür.

Seçkilər niyə Tramp üçün bu qədər əhəmiyyətlidir?

Tramp prezident seçildikdən sonra skandallar arxa-arxaya gəldi. İndiyə qədər Demokratlar Trampın impiçmenti və yaxud onun istefaya göndərilməsi barədə açıq-aşkar bir münasibər bildirməkdən çəkinməkdədir. Əgər bu baş verərsə Palatada əksəriyyət Trampın impiçmenitinə səs verəcək. Daha sonra qanunlara görə məsələ Senatda müzakirə ediləcək və "rüşvət, xainlik, və yaxud digər iddialarla” ittiham ediləcək. Əgər Senatın üçdə ikisi onu təqsirli bilərsə Trampın impiçmenti baş tutacaq və vitse-prezident prezident səlahiyyətlərini yerinə yetirəcək. Hazırda bu senarinin gündəmdə olmadığı düşünülür.

Seçkilərdən sonra nə baş verəcək?

Növbəti round isə iki il sonra keçiriləcək prezident seçkiləridir. O zaman Konqresə seçkilərlə bərabər qubernator seçkiləri də keçiləcək. 50 ştatdan 36 yer uğrunda seçkilər olacaq. Hazırda 36 yerdən 26-sı Republikaçı qubernatorlarındır. Bu seçkilərdə qubernatorların əksəriyyətinin hansı partiyadan olması çox böyük əhəmiyyət daşıyır. Çünki 2020-ci ilin prezident seçkilərində hər zaman olduğu kimi qubernatorlar seçki kampanyasında əhəmiyyətli rol oynaya bilərlər.

Demokratların qalib gələcəyi təqdirdə isə Tramp üçün vəizyyətin heç də asan olmayacağı ehtimal edilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300