Hava ilə bağlı ciddi xəbərdarlıq:şiddətli soyuqlar gəlir

NASA yeni iqlim araşdırması ilə bağlı hesabatını yayımlayıb.

 

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hesabata görə 18-ci əsrdə müşahidə olunmuş "Mini buz dövrü" yenidən yaşana bilər.

 

Mütəxəssislər Günəş ləkələri və Yerin ən üst təbəqəsi olan Termosferdə araşdırmalar aparıblar. Araşdırmalar nəticəsində Termosfer qatının soyuyaraq daraldığı, Günəş ləkələrinin isə ən aşağısəviyyəli hərəkətlilikdə olduğu üzə çıxıb.

 

Müxtəlif dövrlərdə azalıb çoxalan bu ləkələr iqlim şərtlərində önəmli rola malikdir. Ləkələrin az görünməsi və ya heç görünməməsi Yer kürəsinin istilik səviyyəsini müəyyənləşdirir. Belə ki, Termosfer qatı günəşdəki ləkələrin hərəkətliliyindən asılı olaraq isinir, bu hərəkətlilik az olduqda isə soyuyur. Mütəxəssislər belə bir şeyə sonuncu dəfə 18-ci əsrdə rast gəlindiyini və o dövrün tarixə "Mini buz dövrü" kimi keçdiyini xatırladıblar.

 

 

NASA xəbərdarlıq edir ki, vəziyyət bu cür davam etsə, bir neçə ay ərzində rekord soyuqlar müşahidə olunacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300