Rəssam hərracın gedişində qiyməti milyon dolları ötən əsərini məhv edib

 

Britaniyalı küçə rəssamı Benksinin "Qız və şar” əsəri Londonun "Sotheby's” satış evində müəllifin özü tərəfindən məhv edilib. Hərracın təşkilatçıları və iştirakçıları bu prosesi heyrətlə izləyiblər.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qiyməti 860 min funt-sterlinqə (1,1 milyon dollar) çatan rəsm əsəri çəkicin son zərbəsindən sonra "öz-özünü məhv etməyə” başlayıb. Belə ki, rəssam çərçivənin aşağı hissəsində kağızı xırdalamaq üçün mexanizm gizlədib və o, hərrac zamanı işə düşüb.

Yaradıcılığında sosial bərabərsizlik və hökumətin ikiüzlülüyü məsələlərini işıqlandıran Benksinin əsərləri böyük populyarlıq qazanıb. Rəssam indiyədək öz şəxsiyyətini gizli saxlamağa nail olub – onun zahiri görünüşü və əsl adı yaxınlarından başqa heç kimə məlum deyil. 2010-cu ildə Benksinin ictimaiyyətə təqdim etdiyi "Suvenir dükanından çıxış” sənədli filmi "Oskar” mükafatına namizəd olub.

Trafaretin köməyi ilə çəkilən "Qız və şar” qraffiti əsəri Benksinin ən məşhur rəsmlərindən biridir. Orada havaya qırmızı şar uçuran qız uşağı təsvir olunub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300