Ramil Usubov yeni polis rəisləri təyin etdi
Bakının bir neçə polis bölməsində yerdəyişmələr qeydə alınıb.
Ölkə.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnikRamil Usubovmüvafiq əmr imzalayıb.
Əmrə əsasən Sabunçu rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsinin rəisiİltimas YusifliNəsimi rayon Polis İdarəsinin 19-cu Şöbəsinə rəis göndərilib. Onun yerinə isə 20-ci Bölmənin rəisiNasir Babayevtəyinat alıb.