Amerika Çinə neft tədarükünü
tamamilə dayandırıb
"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "China Merchants Energy Shipping" (CMES) şirkətinin prezidenti Se Çunlinə istinadən "Reuters" məlumat yayıb.
"Biz ABŞ-dan Çinə əsas neft daşıyıcılarıyıq. Ticarət münaqişəsinə qədər bu, yaxşı biznes idi, lakin indi o, tamamilə dayandırılıb", — deyə Çunlin Honkonqda keçirilən gəmiçilik sammitində bildirib.
Bu faktı "Refinitiv Eikon" gəmilərin izlənməsi məlumatları da təsdiq edir.
Vaşinqton Pekinə neft nəqlinə cəmi iki il əvvəl başlayıb.