Baş nazirdən maraqlı rəqs- Salondakılar gülüşdü- VİDEO
Böyük Britaniyanın baş naziri Tereza Mey Mühafizəkarlar Partiyasının konqresində böyük açılış nitqi söyləyib.
Eurasia Diary Rusiya mətbuatına istinadla xəbər verir ki, baş nazir tribunaya ABBA qrupunun "Dancing Queen" kompozisiyası ilə rəqs edə-edə gəlib və "Birlikdə yaxşı Britaniya quraq" çağırışı ilə nitqini bitirib.
Meyin səhnədə möhtəşəm çıxışı ABBA qrupunu, "Dancing Gueen" kompozisiyasını və Meyi Tvitterdə top-trend etməklə yanaşı, salonda gülüş yaranmasına və alqışlara səbəb olub.