"Arsenal”ın beş futbolçusu Bakıya gəlmir

 

UEFA Avropa Liqasında "Qarabağ”la qarşılaşacaq "Arsenal”ın Bakıda hansı oyunçuların xidmətindən istifadə etməyəcəyi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, "Brentford”la Liqa Kuboku matçında zədələnmiş 18 yaşlı hücumameyilli yarımmüdafiəçi Emil Smit Rouv artıq sağalsa da, London klubu dörd oyunçunun xidmətindən zədə səbəbindən istifadə edə bilməyəcək.

Bunlar Petr Çex, Loran Kosyelni, Enzli Meytlənd-Naylz və Dinos Mavropanosdur. Qapıçı Çex son Premyer Liqa görüşündə sol dizaltı vətərindən zədə alıb. Onun məşqlərə 3-4 həftə sonra qoşulacağı gözlənilir.

Enzli Meytlənd-Naylzın sol baldır sümüyündə çatlar var. Amma artıq o, sağalmaq üzrədir və oktyabrın əvvəllərində sıraya dönəcək. Ancaq "Qarabağ”la görüşdə meydanda olmayacaq.

Tam adı Konstantinos Mavropanos olan 20 yaşlı mərkəz müdafiəçisi qasıq nahiyəsindən əziyyət çəkir. Yunan futbolçunun oktyabrın sonlarında məşqlərə qoşulacağı gözlənilir.

"Arsenal”ın kapitanı Loran Kosyelninin zədəsi isə daha ciddidir. Sağ daban vətərində zədəsi olan fransalı mərkəz müdafiəçisi ən yaxşı halda gələn ay sıraya qayıdacaq.

Bundan başqa, "Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryan da məlum səbəblərdən Bakıya gəlməyəcək.

Qeyd edək ki, "Arsenal”ın saat 17:00-da Bakıda olacağı gözlənilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300