İsrail fələstinli qıza görə bu dəfə Madrid "Real"ına ilişdi

 

İspaniyanın "Real" (Madrid) futbol klubunun fələstinlilərin İsraillə mübarizəsində simvol isimlərdən biri sayılan Ahid Tamimini dəvət etməsi rəsmi Tel-Əvivin xoşuna gəlməyib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Ahid Tamimi İspaniyaya səfəri zamanı klub tərəfindən "Santyaqo Barnabeu" stadionuna çağırılıb və üstəlik, orada ona klubun forması hədiyyə edilib. Tamiminin fotoları sosial şəbəkələrdə dəfələrlə paylaşılıb.

"Euronews” un xəbərinə əsasən İsrail rəsmilərinin reaksiyası özünü çox gözlətməyib. İsrail Xarici İşlər Nazirliyinin sözcüsü Emmanuel Naşon "Adlı-sanlı "Real" futbol klubu nifrət və şiddətə çağıran bir terroristə qucaq açır. Hadisə olduqca utancvericidir”,- açıqlamasını verib.

İsrailin İspaniyadakı səfiri Daniel Kutner isə Ahid Tamiminin sülh üçün mücadilə aparmadığını, terror və iğtişaşları müdafiə etdiyini bildirib. "Onu qəbul edən və dəstəkləyən qurumlar da ehtiyacımız olan dialoq və qarşılqlı anlayışı deyil, şiddətin tərəfdarı kimi çıxış edilər”, -səfir deyib.

Ahid Tamimi 2017-ci ilin dekabrında evlərinə zorla girən İsrail əsgərlərinə verdyi təpki və bir əsgərə şillə atdığı videoları ilə gündəmə gəlib. İsrail məhkəməsi onu 8 ay həbs cəzasına məhkum etdikdən sonra sərbəst buraxıb.

 

Картинки по запросу ahed tamimi real madrid

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300