Uyğur türklərinin əsir düşərgəsi: 3 ziyalı asılacaq - Dəhşətli hökm

Şərqi Türküstanda Çin rejiminin uyğur türklərinə təzyiq tədbirləri edamlarla əvəz oluna bilər.

Teleqraf.com "rfa.org” saytına istinadla xəbər verir ki, hazırda uyğur türklərinin yüzlərlə nümayəndəsi Çin hökumətinin qurduğu düşərgələrdə əsir kimi saxlanılır.

Son məlumata görə, həbsi üçün heç bir əsası olmayan uyğur ziyalıları qeyri-ciddi iddia və bəhanələrlə həbs olunub. Onların arasında alim, sənətçi və iş adamları da var.

Sayt iddia edib ki, uyğur türklərinin öndə gedən bir neçə simasının edam olunması gözlənilir.

Tənqidçi və yazar Yalkun Rozinin "əsərlərində türkçülük təbliğatı aparmaq” ittihamı ilə ömürlük həbsə məhkum olunduğu qeyd edilir.

Şərqi Türküstanın sabiq təhsil naziri Səttar Savutun ayrı-seçkilik ittihamı ilə 2 il gecikdirilmiş edam cəzası alıb.

Şərqi Türküstan Tibb Universitetinin rektoru Halmurad Çopurun da "ayrı-seçkilik” ittihamı ilə edam cəzası aldığı haqda xəbərlər gəlir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300