Qarabağ qazisi vəfat etdi
II qrup Qarabağ qazisi Baxşəliyev İlqar Əjdər oğlu vəfat edib. O, xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Bu barədə qaziler.az saytına "Qarabağ hərəkatı”ndan məlumat verilib.
İ.Baxşəliyev 1974-cu ildə Ağdam rayonunun Əlimədətli kəndində
anadan olub.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik leytenant Şirin Mirzəyevin
yaratdığı batalyonda erməni işğalçılarına qarşı döyüşüb.
Qazançı, Sırxavənd, Canyataq, Gülyataq uğrunda gedən döyüşlərdə fədakarlıq göstərib.
1993-cü ilin iyunun 8-də Şahbulaq uğrunda gedən döyüşdə yaralanıb. Hərbi
hospitalda müalicə aldıqdan sonra yenidən xidmətə qayıdıb. Bir neçə ay sonra
sıravi olsa da zabit çatışmazlığı səbəbindən bölük komandiri vəzifəsinə təyin
olunub və bir neçə ay bu vəzifəni icra edib.
1994-cü ildə cəbhədə atəşkəs elan olunandan sonra da bir neçə il xidmət edib.
Ailəli idi, bir övladı yadigar qalıb.
"Qarabağ qaziləri”, "Vətən Müharibəsi Əlilləri” birlikləri, "Azərbaycanın Milli
Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun, "QAZİLER.AZ” saytının
kollektivi Baxşəliyev İlqarın vaxtsız vəfatından kədərləndiyini bildirir, onun
ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir!
Allah rəhmət eləsin!