Zaxarçenkonun ölümünün videosu yayımlandı
"Rossiya 1” telekanalı "Donetsk Xalq Respublikası”nın başçısı Aleksandr Zaxarçenkonun həyatının son saniyələrinin videoyazısını yayımlayıb.
Kadrlardan göründüyü kimi, Zaxarçenkonun avtomobil karvanı "Separ” kafesinə yaxınlaşır. Mühafizə xidmətinin əməkdaşlarından biri zalı nəzərdən keçirir və bundan sonra A.Zaxarçenko cangüdənləri ilə iaşə obyektinə daxil olur. Bi neçə saniyədən sonra partlayış baş verir.
Virtualaz.org mənbəyə istinadən xəbər verir ki, "Separ”da Zaxarçenko həmişə eyni masada oturarmış və həmin masanın üzərində hər zaman "Masa minalanıb” yazılı lövhə olurmuş.
Zaxarçenko avqustun 31-də həlak olub. Rəsmi məlumata görə, terror aktı nəticəsində daha 11 nəfər xəsarət alıb.