Suriya İordaniya ilə sərhədini açıb

 

Suriya-İordaniya sərhədindəki "Nəsib" nəzarət-buraxılış məntəqəsi işini bərpa edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Suriyanın nəqliyyat naziri Əli Hamud məlumat verib.

"Suriya hökuməti bu gün səhər İordaniyadan Suriyaya və əks istiqamətdə gedən iri yük maşınları və tranzit-nəqliyyat üçün "Nəsib" nəzarət-buraxılış məntəqəsini açıb", - nazir bildirib.

Qeyd edək ki, Suriya hökuməti "Nəsib" nəzarət-buraxılış məntəqəsinin azad olunmasından sonra Dəməşqdən İordaniya sərhədinə qədər yolu, o cümlədən müharibə vaxtı dağıdılmış körpüləri bərpa edib.

"Nəsib" Suriya-İordaniya sərhədinin əsas keçidi hesab edilir, həm Əmman, həm də Dəməşq üçün mühüm iqtisadi statusa malikdir. Bu keçid Aralıq dənizi limanlarından İordaniya vasitəsilə Körfəz ölkələrinə və əks istiqamətdə daşınan yüklər üçün tranzit pəncərədir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300