İslam müqəddəslərinin rəsmlərinin yaranmasının tarixçəsi

 

İslamın ilk illərində qadağan edilən rəsm sənəti sonradan müsəlman aləmində tədricən yayılmağa başladı

Hazırda Azərbaycan da daxil olmaqla bir sıra müsəlman ölkələrində İslam müqəddəslərinin, o cümlədən Məhəmməd Peyğəmbərin (s.ə.s), eləcə də imamların (ə) rəsmləri mövcuddur. Bu rəsmlərin əksəriyyətinin müəllifi və ya kim tərəfindən harada çəkilməsi barədə geniş məlumat yoxdur.

Eyni zamanda məlum olduğu kimi, İslamın ilk illərində rəsm və heykəltəraşlıq kimi sənət əsərləri qadağan edilib. Bunu da daha çox bütpərəstlik adətlərinin geri dönməsi təhlükəsi ilə izah ediblər. Zahirən isə insanın əksinin çəkilməsi, heykəlinin düzəldilməsi sonradan onun pərəstiş edilməsi, ya da başqa adla bütə çevrilməsi təhlükəsi olduğu üçün qadağan edilib.

Lakin Orta Əsərlərdə bu qadağa bir qədər yumşalıb. Ancaq yumşalma daha çox Şimali Afrika, həmçinin İran və Anadolu coğrafiyasında qeydə alınıb. Hansı ki, bu bölgələrdə İslamiyyətdən əvvəl bütpərəstlik olmayıb və necə deyərlər, zehinlərdə bütlərin təhlükəsi, onların yaratdığı sirk ənənəsi zəif olub. Maraqlıdır ki, ilk dövrlərdə miniatürlərdə Quranda təsvir olunan müqəddəslərin, daha sonra isə nadir hallarda da olsa Peyğəmbərin və imamların rəsmləri yaradılıb.

"Mələk Cəbrailın Məhəmməd peyğəmbərə (s) hədiyyə etdiyi şəhər” adlı təsvir maraqlı miniatür, həmçinin İbrahimin oğlu İsmayılı qurban kəsməsi səhnəsi, Peyğəmbər (s) və İmam Əliylə (ə), nəvəsi Həzrət Hüseynlə (ə) və mələk Cəbrailin əks olunduğu miniatür var. Eləcə də İran və Orta Asiya coğrafiyasında imamların, o cümlədən Həzrət Əli (ə) və Həzrət Hüseynin (ə) rəsmləri geniş yayılıb və bu gün də yayılmaqdadır.

İndi isə aktual bir sual var. daha çox bu sual şəkillərə qarşı olanlar tərəfindən verilir. Əgər İslamın ilk illərində rəsm çəkmək qadağan edilibsə, o zaman Məhəmməd Peyğəmbər (s.ə.s) və imamların (ə) rəsmlərini kim və necə yarada bilərdi? Özü də bu rəsmlər bir neçə yüz ildən sonra necə çəkilə bilərdi?

Bu sualın yeganə cavabı "hilyə” adlı müsəlman elmində gizlənir. Hilyə lüğəti mənası bəzək, zinət vermək, üz və ruh gözəlliyidir. Termin olaraq "Hilyəyi şərif” Məhəmməd Peyğəmbərin (s.ə.s) rəsminin yazı ilə çəkilməsi. Bu yazılarda Peyğəmbərin (s.ə.s) üz cizgiləri, sifət quruluşu yazılarla incəliklə təsvir olunub. Əsasən Peyğəmbər (s.ə.s) barəsindəki hədis, rəvayətlərdə onun bədən və üz cizgilərinin təsvirinə əsaslanaraq müəlliflər yazı ilə müqəddəslərin təsvirlərini hazırlayıblar. Bu hətta bir dönəm ilahiyyat elmləri sırasına daxil olub.

Daha sonra isə orta əsrlərdə müsəlman dünyasının fərqli mədəniyyətlərlə qovuşması, rəsm sənətinin yayıldığı dövrdə miniatür sənətində "hilyələrə” əsaslanaraq Peyğəmbər (s.ə.s) və imamların (ə) rəsmləri çəkilməyə başlayıb.

Ancaq müsəlman alimləri bu əsərlərin heç birini bənzər və ya oxşar olduğunu qəbul etmir. Bu səbəbdən də bu cür rəsmlər mötəbər deyil, sadəcə rəssamların "Hilyə” əsərlərinə və yazılara istinad edərək hazırladığı təxəyyül məhsulu hesab olunur.

Kənan RÖVŞƏNOĞLU, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300