"Facebook" hack edildi -50 milyon istifadəçinin hesabından məcburi çıxış!

 

Facebook şirkətinin komandası sosial şəbəkədə 50 milyon istifadəçiyə təsir göstərəcək sistem boşluğunu aşkar edərək onu aradan qaldırıb.

Yenicag.az xəbər verir ki, tətibatçıların sözlərinə əsasən sözügedən xəta sosial şəbəkənin "View As” funkiyasının kodundakı boşluqdan ibarətdir.

Qeyd etmək lazımdır ki, bu funksiya sayəsində istifadəçi öz Facebook hesabına digər istifadəçinin gözü ilə baxmaq imkanını verir. Bu sistem boşluğu sayəsində "hacker”lər sosial şəbəkəyə daxil olma üçün nəzərdə tutulmuş tokenləri ələ keçiriblər.

Tokenlər dedikdə rəqəmsal açarlar nəzərdə tutulur hansılar ki, sosial şəbəkəyə təkrarən daxil olmadan ssosial şəbəkədə qalma imkanını verirlər. Həmin tokenlər sayəsində "hacker”lər istifadəçilərin Facebook hesablarını ələ keçirə bilərlər. Şirkət artıq bu barədə hüquq-mühafizə orqanlarına xəbər verib və 90 milyon insanın Facebook hesabını "log out” edib.

Hesabları "log out” olmuş istifadəçilər sosial şəbəkəyə yenidən daxil olmalıdırlar. Facebook həmçinin müəyyən müddətə kimi "View As” funksiyasını da deaktiv edib. Bu məsələ ilə bağlı artıq istintaqa start verilib və Facebook öyrənmək istəyir ki, bu hadisə çərçivəsində insanların hesabları oğurlanıb yoxsa yox. Bu kiberhücumun hansı ölkə trəfindən və kimlər tərəfindən edildiyi bilinmir. Facebook həmçinin bildirib ki, istifadəçilər öz hesablarının şifrələrini dəyişməyə bilərlər.

Mark az əvvəl açıqlamasında "Biz bu hesabların pis məqsədlə istifadə olunub olunmadığı haqqında məlumata sahib deyilik. Amma araşdırmalarımız davam edir” deyib. (technote.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300