YAP-dan Qarabağ mitinqinə reaksiya: "Xəbərimiz yoxdur”

 

"Müəyyən bir qrup hesab edirsə ki, mitinq keçirmək lazımdır, bu, onların hüququdur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında bir qrup siyasi partiya və ictimai təşkilatın sentyabrın 29-na Qarabağ mitinqi təyin etməsinə münasibət bildirən hakim Yeni Azərbaycan Partiyasından (YAP) millət vəkili Aydın Mirzəzadə deyib.

Aydın Mirzəzadə sabaha planlaşdırılan aksiya barəsində məlumatsız olduğunu desə də, Qarabağla bağlı mümkün qədər çox tədbir keçirilməsinin vacibliyini bildirib:

"Belə bir mitinqin olacağından xəbərim yoxdur. Ola bilər, hansısa qruplar mitinq təyin ediblər. Hakim partiya hər şeyə münasibət bildirməli deyil.

Kimsə mitinq keçirmək istəyirsə, qanuna uyğun qaydada keçirsin.

Ancaq Qarabağla bağlı həmişə daha çox tədbir keçirilməsinə ehtiyac var. Müəyyən bir qrup hesab edirsə ki, mitinq keçirmək lazımdır, bu, onların hüququdur”.

A.Zeynalov, yenicag.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300