Tütünün daha bir ziyanı üzə çıxdı - Siqaret çəkənlərə xəbərdarlıq

 

Tütündən istifadə etmək ağ ciyər xərçəngi, astma, ağ ciyərin xroniki xəstəliklərinə səbəb olur.

 

Modern.az xəbər verir ki, bioloqlar tütün məmulatlarının daha bir ziyanını aşkar ediblər. Məlum olub ki, siqaret çəkmək eyni zamanda immunitet sistemini də zəiflədir.

 

"Çünki bir çox siqaret aludəçiləri kariesdən və ağız boşluğu xəstəliklərindən əziyyət çəkirlər. Buna görə də onların damağı siqaret çəkməyənlərə nisbətən daha gec sağalır. TNF-alfa zülalı və hBD-2 müdafiə rolunu oynayır. Siqaret tüstüsü isə bu zülalları məhv edir”, - deyə Anita Aminoşari bildirib.

 

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, dünyada 1.1 milyard insan siqaret çəkir. Onların böyük hissəsi inkişaf edən dövlətlərdə yaşayır. Britaniyalı alimlərin son tədqiqatları sübut edib ki, siqaret çəkənlərin 60%-i məhz bu vərdişlərinə görə dünyasını dəyişirlər.

Son illər isə məlum olub ki, siqaret çəkmək qocalma prosesini sürətləndirir və lal-karlığa səbəb olur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300