"Türkiyəyə hörmət edin” –Fransadan açıqlama
Fransa Prezidenti Emanuel Makron Türkiyə ilə bağlı ciddi açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, BMT-də jurnalistlərin
suallarını cavablandıran Makron deyib:
"Türkiyənin təhlükəsizliyi nəzərə alınmalı və buna hörmət edilməlidir. İdlibdəki
qüvvələr Astana razılaşmasının bir parçasıdır və Suriyanın şimalında mühim
mövqe tutublar. Türkiyə NATO üzvüdür. Bunu unutmayın”
Xatırladaq ki, dünən BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində
Makron-Ərdoğan görüşü keçirilib.